Bank Of Baku

Bu gün Azərbaycanın Qarsdakı Baş Konsulluğunun yeni binasının açılışı olacaq

Bu gün Azərbaycanın Qarsdakı Baş Konsulluğunun yeni binasının açılışı olacaq
# 03 dekabr 2008 06:24 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov iki ölkə arasında münasibətlərin inkişafından danışaraq, medianın qarşılıqlı əlaqələrinin bu münasibətləri daha da möhkəmləndirdiyini deyib.
Qars valisi Mehmet Ufuq Erdən də qonaqları salamlayıb və belə səfərlərin mütəmadi olmasının vacibliyini deyib.

Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov son zamanlar Azərbaycanla Türkiyənin daha da yaxınlaşmasında məhz Qarsla bağlı istiqamətlərdən bəhs edib. Baş konsul Bakı ilə Qars arasında təyyarə reysi, Bakı-Tiflis-Qars dəmir yol xəttindən danışıb. H. Zeynalov qeyd edib ki, bu gün Azərbaycanın Qarsdakı baş konsulluğunun yeni binasının da açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, dünəndən Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə bir qrup media rəhbərinin Türkiyənin Qars və İğdır şəhərlərinə səfəri başlayıb. Səfərdə Milli Məclisin və QHT-lərin də təmsilçiləri iştirak edirlər. Səfər çərçivəsində Azərbaycanın Qarsdakı Baş Konsulluğunun yeni binasının açılışı olacaq. Həmçinin İğdırda Türkiyənin müstəqilliyi uğrunda şəhid olmuş azərbaycanlıların şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR