Elxan Poluxov: “Azərbaycan xarici işlər nazirinin BMT-dəki çıxışı dünya tərəfindən eşidilməmiş qala bilməz”
![Elxan Poluxov: “Azərbaycan xarici işlər nazirinin BMT-dəki çıxışı dünya tərəfindən eşidilməmiş qala bilməz”](https://apa.az/storage/news/2009/september/29/big/blank.jpg)
Bakı. Elnur Məmmədli - APA. “Xarici ölkələrin Azərbaycanla qurulacaq münasibətlərdə xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasındakı çıxışında səslənən fikirlər əsas rollardan birini oynayacaq”. APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib. Onun sözlərinə görə, BMT dünyanın real universal təşkilatlarından biridir, bütün dövlətlər faktiki olaraq bu təşkilatda birləşib: “Burada Azərbaycanın mövqeyinin bir daha açıqlanması, dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanı narahat edən, maraqlandıran məsələlərin səsləndirilməsi dünya tərəfindən eşidilməmiş qala bilməz. Azərbaycan xarici işlər nazirinin BMT-dəki çıxışı bütün dünyaya, dünya təşkilatlarına Azərbaycanın tutduğu xətti məlum edir. Həmin çıxışda Azərbaycanın ilboyu və üzümüzə gələn ildə nəzərdə tutulan xarici siyasət xəttinin əsasları göstərilib”.
Xarici siyasət
![Ceyhun Bayramov Qırğız Respublikasının səfirini qəbul edib](https://apa.az/storage/news/2024/june/21/big/667585bbc3069667585bbc306a1718977979667585bbc3067667585bbc3068.jpg)
Ceyhun Bayramov Qırğız Respublikasının səfirini qəbul edib
ABŞ səfirliyi həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verib
![Moskvada MDB İqtisadi Şurasının 102-ci iclası keçirilib - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/21/big/667558d04a3e9667558d04a3ea1718966480667558d04a3e5667558d04a3e7.jpg)