Azərbaycanın İordaniyadakı səfiri bu ölkənin sənaye və ticarət naziri ilə görüşüb - FOTO
22 fevral 2012 14:06 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı İordaniyanın sənaye və ticarət naziri və Azərbaycan-İordaniya müştərək komissiyasının İordaniya tərəfindən həmsədri Sami Qammohla görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın gələcək perspektivləri və hökumətlərarası komissiyanın gündəliyində dayanan məsələlər müzakirə edilib. Eyni zamanda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin İordaniyaya nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xarici siyasət
Mirzoyan Borellə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
22:02
25 may 2024
Azərbaycan XİN İordaniyanın Milli Bayramı münasibətilə təbrik ünvanlayıb
20:14
25 may 2024
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024