Argentina prezidenti ölkəsinin Azərbaycanda səfirliyinin açılması barədə fərman imzalayıb
01 mart 2012 07:54 (UTC +04:00)
APA-nın məlumatına görə, fərmanda səfirliyin Bakıda açılacağı, konsulluq şöbəsinin fəaliyyətinin bütün ölkənin ərazisini əhatə edəcəyini bildirilir. Sənəddə qeyd olunur ki, səfirliyin açılması iki xalq arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, sabah Argentinanın xarici işlər naziri Ektor Timermanın Azərbaycana səfəri planlaşdırılır. Səfər çərçivəsində Argentina səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. Bundan başqa Azərbaycanla Argentina arasında viza rejiminin sadələşdirilməsi barədə saziş imzalanması da nəzərdə tutulur.
Xatırladaq ki, Buenos-Ayresdə Azərbaycan səfirliyi fəaliyyət göstərir. Gələn il Argentinada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. İki həftə əvvəl ölkəmizə səfər edən Argentinanın turizm naziri Enrike Meyer Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

Xarici siyasət
İran Prezidentinin həlak olması ilə bağlı bu ölkənin Bakıdakı Səfirliyində matəm kitabı açılacaq
20:31
20 may 2024
Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
19:51
20 may 2024
İtaliya Azərbaycana yeni səfir təyin edib
17:36
20 may 2024
XİN: Azərbaycan Tayvanın müstəqilliyini tanımır
14:50
20 may 2024