Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi Vaşinqtonda qeyd edilib - FOTO
02 mart 2012 06:51 (UTC +04:00)
Səfirlikdən APA-ya verilən məlumata görə, Vaşinqtondakı tarixi Kosmos Klubunda (Cosmos Club) keçirilən tədbirdə Dövlət Departamenti, Pentagon, Ağ Ev də daxil olmaqla, ABŞ-ın aparıcı dövlət strukturlarını təmsil edən rəsmilər, ABŞ Konqresinin üzvləri və xarici diplomatlar, tanınmış ictimai, siyasi və biznes xadimləri, o cümlədən Ağ Ev Administrasiyasının keçmiş rəhbəri Con Sununu, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Brent Skaukroft, ABŞ-ın keçmiş nəqliyyat komandanı Dankan MakNabb, Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən səfir Elin Süleymanov ABŞ-Azərbaycan münasibətlərinin 20 ildə inkişaf edərək etibarlı tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bu tərəfdaşlığın regiondakı strateji məsələlərin ortaq anlaşmasına əsaslandığını bildirib. Səfir enerji, beynəlxalq təhlükəsizlik və humanitar sahələrdə uğurlu əməkdaşlığı xüsusilə vurğulayıb, Azərbaycana müstəqilliyini bərpa etməsindən bu dövrə qədər göstərdiyi çoxtərəfli dəstəyə görə ABŞ-a təşəkkürünü çatdırıb.
Dövlət katibinin müavini Filip Qordon çıxışında prezident Barak Obama və dövlət katibi Hillari Klintonun Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti diqqətə çatdırıb, təhlükəsizlik, enerji, iqtisadi və siyasi islahatlar da daxil olmaqla, iki dövlətin əməkdaşlıq etdiyi çoxşaxəli sahələri qeyd edib.

Xarici siyasət
XİN: Azərbaycanın İrandakı səfirliyinin yeni məkanı artıq müəyyən edilib
09:57
17 may 2024
Deputat: Fransanın müstəmləkə siyasətinə qiymət verən olmayıb, Prezident İlham Əliyev ifşa etdi
20:21
16 may 2024
Kobaxidze: Azərbaycanla Ermənistanın sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq
19:45
16 may 2024
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
19:26
16 may 2024