Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “beyin mərkəzləri”nin III forumunun açılış mərasimi başa çatıb
02 mart 2012 09:25 (UTC +04:00)
APA-nın məlumatına görə, açılış mərasimində TASAM başqanı Süleyman Şensoy, İƏT baş katibinin xüsusi nümayəndəsi Omur Orxum, Ərəb DÖvlətləri Liqasının Avropa departamentinin rəhbəri Omniya Taxa, Bəhreyn və Küveytin strateji araşdırmalar mərkəzlərinin rəhbərləri çıxış ediblər. “Beyin mərkəzləri”nin rəhbərləri bu formatda görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar. Forum öz işini “Sosial-iqtisadi dinamika və siyasi dəyişikliklər”, “Milli və xarici siyasətin inkişaf icmalı”, “Dövlət idarəetməsində idarəetmə və innovasiyalar” sessiyaları üzrə davam etdirəcək.
Sabah forum iştirakçıları islam ölkələrində münaqişələrin sülh yolu ilə nizamlanması, həmçinin yeni “beyin mərkəzləri”nin yaradılması, onlara dəstək məsələlərini müzakirə edəcəklər. Forumun yekununda bir sıra sənədlər, o cümlədən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Misir, Pakistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumları arasında əməkdaşlıq haqqında memorandumlar imzalanacaq.

Xarici siyasət
ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır
22:58
13 may 2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib - YENİLƏNİB
22:08
13 may 2024
Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq
13:50
13 may 2024
Avropa Parlamentinin nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib
13:42
13 may 2024