TürkPA baş katibi Qırğızıstana səfər edəcək
28 mart 2012 12:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edəcək. TürkaPA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan TürkPA-nın III plenar sessiyasına hazırlıq xarakteri daşıyır.
Səfər çərçivəsində TürkPA baş katibinin Qırğızıstan parlamentinin sədri Asilbek Zhenbekov, Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev, TürkPA-nın İqtisadi, Ticarət və Maliyyə Komissiyasının sədri Kojobek Rıspayev və III plenar sessiyaya hazırlıq məqsədilə yaradılmış təşkilat komitəsinin üzvləri ilə görüşü nəzərdə tutulub.
Səfərdə TürkPA baş katibini onun müavini Bektemir Ziyadinov və Katibliyin əməkdaşları müşayiət edəcək.

Xarici siyasət
Mirzoyan Borellə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
22:02
25 may 2024
Azərbaycan XİN İordaniyanın Milli Bayramı münasibətilə təbrik ünvanlayıb
20:14
25 may 2024
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024