XİN: Avropa Parlamentində Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqlara dair qətnamə qəbul olunması diplomatiyamızın növbəti uğurudur
18 aprel 2012 17:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
Qətnamədə Dağlıq Qarabağ məsələsinə də toxunulduğunu deyən E. Abdullayevin fikrincə, qətnamənin qəbulu Azərbaycan torpaqlarının işğalına son qoyulmasının zəruriliyinin dünya ictimaiyyəti tərəfindən də qəbul edilməsinin göstəricisidir: “Bu, Azərbaycan üçün tarixi əhəmiyyətə malik sənəddir”.
Qeyd edək ki, bu gün qəbul olunmuş qətnamədə Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyü prinsipinə AB-nin hörmətlə yanaşdığı, həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionun stabilliyini və inkişafına maneə törətdiyi qeyd olunur, AB münaqişənin həllində daha aktiv rol oynamasına çağırılır.
Qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin dərhal öz yurd-yuvalarına qayıtmasının vacibliyi vurğulanır.
Qətnamədə o da bildirilir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzv seçilməsi AB ilə Azərbaycan arasında məsləhətləşmələr aparmaq üçün yaxşı fürsətdir.

Xarici siyasət
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:29
18 may 2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
20:24
18 may 2024
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024