Torbyörn Yaqland : “Avropa İnsan Haqları Məhkəməsində aparılan islahatlar Avropa insan haqları sistemini möhkəmləndirir".
20 aprel 2012 07:24 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Avropa Şurasının baş katibi Torbyörn Yaqland Böyük Britaniyanın Brayton şəhərində Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) gələcəyinə dair keçirilən konfransda çıxışında deyib.
O, Avropa insan hüquqları sistemində aparılan islahatlara yönəlmiş təşəbbüslərdən məmnun olduğunu bildirib və təşkilata üzv olan 47 ölkəni bu sahədəki qalmış problemləri sona çatdırmağa çağırıb: "Aparılan islahatlar AİHM-nin rolunu gücləndirib. Bununla belə, üzv dövlətlər Avropa İnsan Hüquqlarına dair Konvensiyanın milli səviyyədə həyata keçirilməsinin təkmilləşdirilməsi istiqamətində daha çox səy göstərməli və məhkəmə qərarlarının icrasına tez bir zamanda və səmərəli şəkildə əməl etməlidirlər. Bu, həm onların öz üzərinə götürdükləri öhdəliklərinin yerinə yetirilməsi, həm də təkrar olunan şikayətlərə son qoymaq məqsədilə, baxılmamış işlərin sayının azaldılması üçün edilməlidir. İnsan hüquqlarının qorunmasının səmərəliyi məhz milli səviyyədə başlamalıdır. AİHM heç vaxt milli məhkəmələrin əvəzedicisi rolunda çıxış etməyib. Üzv dövlətlər beynəlxalq məhkəmə nəzarəti mexanizminə riayət etməkdə özləri sərbəst şəkildə seçim ediblər. Çünki onlar bu mexanizmin bütün Avropa məkanında demokratiya, azadlıq və sülhün başlıca zəmanəti olmasına qətiyyətlə əmin olduqlarını ifadə ediblər. Fundamental insan hüquqları hansısa bir hakimiyyət orqanı və çoxluq tərəfindən diktə edilə bilməz. Bu hüquqlar ona görə vacibdir ki, biz hamımız insanıq və bütün millətlər bu hüquqları qanun çərçivəsində qorumalıdır".

Xarici siyasət
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024
Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib
16:26
21 may 2024
Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri ilə telefon danışığı aparıb - YENİLƏNİB
16:22
21 may 2024