Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib
08 may 2012 12:15 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Rusiya Federasiyası prezidenti vəzifəsinə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan və Rusiya arasında ənənəvi, inkişafına və möhkəmlənməsinə Sizin sanballı və mühüm töhfə verdiyiniz dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək və dərinləşəcək.
İnanıram ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyi naminə, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə strateji tərəfdaşlığımızın və çoxplanlı əməkdaşlığımızın hər cəhətdən genişlənməsinə yönələcək.
Əziz Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Xarici siyasət
Baş nazir Əli Əsədov Tehrandadır, anım mərasimində iştirak edəcək - VİDEO - YENİLƏNİB
13:50
22 may 2024
Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır
13:16
22 may 2024
Leyla Əliyeva İsveçrədə BMT ofisində görüşlər keçirib - FOTO
10:54
22 may 2024
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024