AŞPA həmməruzəçiləri Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb
13 iyun 2012 15:11 (UTC +04:00)
Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşü olub. Hakim partiyadan YAP icra katibinin müavini Mübariz Qurbanlı parlamentdəki 11 siyasi partiyanın nümayəndələrini qonaqlara təqdim edib. O, Azərbaycanın bir sıra beynəlxalq konvensiyalara qoşulduğunu, qanun yaradıcılığı prosesində Avropa dəyərlərinə üstünlük verildiyini söyləyib.
Sonra görüşdə iştirak edən digər siyasi partiyaların rəhbərləri fikirlərini bölüşüblər. Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qonaqları maraqlandıran bir sıra məsələlərdən söhbət açıblar.
Söhbət zamanı Azərbaycan həqiqətləri AŞPA Monitorinq Komitəsi həmməruzəçilərinin diqqətinə çatdırılıb, ölkənin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindəki son durum barədə məlumat verilib. Bildirilib ki, son günlər Ermənistan ordusu mütəmadi olaraq cəbhə xəttində atəşkəs rejimini pozur, Azərbaycan əsgərləri arasında ölənlər və yaralananlar var.
Deputatlarımız AŞPA-nı bu münaqişənin həllində seyrçiliyə son qoymağa, fəal və ədalətli mövqe tutmağa çağırıblar. Görüşdə təcavüzkar Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi qeyd olunub.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramunt Font de Mora görüşdə səslənən fikirlərə münasibət bildirib.

Xarici siyasət
Mirzoyan Borellə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
22:02
25 may 2024
Azərbaycan XİN İordaniyanın Milli Bayramı münasibətilə təbrik ünvanlayıb
20:14
25 may 2024
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024