Azərbaycan Xarici İşlər Nazirliyi: İranda həbs olunmuş azərbaycanlı şairlərin öz qohumları ilə görüşünə razılıq alınıb
18 iyul 2012 08:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfindən həbs olunmuş Azərbaycan vətəndaşlarının qohumları ilə görüşünə razılıq almağa müvəffəq olub. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın Təbrizdəki konsulu iyulun 15-17-də İran tərəfi ilə, o cümlədən Şərqi Azərbaycan vilayətinin ostandarı ilə bir neçə görüş keçirib. Görüşlər nəticəsində saxlanan azərbaycanlı şairlərlə qohumlarının görüşünə icazə verilməsi barədə razılıq əldə olunub.
“Görüşün detalları razılaşdırılır. Əsas odur ki, biz vətəndaşlarımızın öz qohumları ilə görüşünə razılıq ala bilmişik. Biz bu məsələni diqqətdə saxlamaqda davam edirik. İran tərəfi hələ də bizə vətəndaşlarımızın saxlanmasının səbəblərini rəsmi şəkildə açıqlamayıb”.

Xarici siyasət
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:29
18 may 2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
20:24
18 may 2024
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024