Rusiya Xarici İşlər Nazirliyi Bəşər Əsədin həyat yoldaşının bu ölkəyə qaçması xəbərini təkzib edib
20 iyul 2012 15:56 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. “ABŞ BMT təhlükəsizlik Şurasının iclasında Suriya əleyhinə oqətnamənin qəbuluna qoyduğumuz vetonun “qisası”nı aldı”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib. A. Lukaşeviç ABŞ Senatının Pentaqonla Rusiya silah ixracat şirkəti “Rosoboronexport” əlaqələrini kəsmələri haqqında qəbul etdiyi qərarı ABŞ “qısas”ı kimi dəyərləndirib: “ABŞ bu yolla BMT TŞ-da Suriya əleyhinə qətnamənin qəbuluna veto qoyan Rusiyanı cəzalandırıb. Bir çox amerikalı senatorlar hələ də “soyuq muharibə”nin təsiri altında hərəkət edirlər. Bu, bizi çox təəssüfləndirir”.
XİN nümayəndəsi Suriya lideri Bəşər Əsədin həyat yoldaşının Rusiyaya gəldiyi haqqında iddialara da münasibət bildirib. Onun sözlərinə görə, yayılan bu məlumatlar şaiyədən başqa bir şey deyil.
XİN nümayəndəsi Suriya lideri Bəşər Əsədin həyat yoldaşının Rusiyaya gəldiyi haqqında iddialara da münasibət bildirib. Onun sözlərinə görə, yayılan bu məlumatlar şaiyədən başqa bir şey deyil.
Xarici siyasət
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb
22:38
8 may 2024
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
22:15
8 may 2024
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh sazişinin ən qısa zamanda imzalanmasını vacib sayır
20:07
8 may 2024
Ceyhun Bayramov İsrail XİN siyasi direktoru ilə görüşüb
20:00
8 may 2024