Elmar Məmmədyarov İsrailin Azərbaycandakı səfirini qəbul edib
23 avqust 2012 13:20 (UTC +04:00)
Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 23-də İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla İsrail arasında mövcud münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib, bu işdə verdiyi töhfəyə görə səfirə minnətdarlığını bildirib, ona gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Öz növbəsində, Mixael Lavon-Lotem səfir işlədiyi dövrdə İsraillə Azərbaycan arasında bir çox sahədə əməkdaşlığın inkişaf etdiyini söyləyib, bu əməkdaşlığın daha da genişlənməsi və inkişaf etməsi üçün səylə çalışdığını qeyd edərək, faydalı əməkdaşlığa görə minnətdarlıq bildirib.

Xarici siyasət
Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr keçirilib
10:17
24 may 2024
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçına səfəri başlayıb
10:09
24 may 2024
DSX Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazisini bu gündən nəzarətə götürüb
09:46
24 may 2024
Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması təmin edilib
09:43
24 may 2024