NATO-nun baş katibi Azərbaycan Diplomatik Akademiyasında çıxış edib - FOTO
07 sentyabr 2012 09:47 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanda səfərdə olan NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan Diplomatik Akademiyasında çıxış edib. APA-nın xəbərinə görə, A. F. Rasmussen Şimali Atlantika alyansının fəaliyyəti, NATO-nun Əfqanıstanda sülh və sabitliyin qurulmasında rolu, terrorçuluq, pirtaçılıq kimi təhdidlərlə mübarizəsi haqqında danışıb. O, Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlara töhfəsini yüksək qiymətləndirib. Baş katib Azərbaycanın NATO-nun vacib tərəfdaşı olduğunu və Azərbaycanla münasibətləri inkişaf etdirmək istədiklərini söyləyib.
Regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə təsirinə toxunan qonaq bəyan edib ki, NATO ATƏT-in Minsk Qrupunun münaqişənin həlli üzrə səylərini dəstəkləyir və gərginliyin azaldılması, əməkdaşlığın qurulması üçün tədbirlər görülməsini vacib sayır.
A. F. Rasmussen tələbələrin suallarını da cavablandırıb. O, Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsini, enerji ehtiyatlarının diversifikasiyasına kömək edəcək və birbaşa Avropaya çıxacaq yeni boru xətti inşa olunması üzrə səylərini yüksək qiymətləndirib.
Tədbirdə ADA-nın rektoru Hafiz Paşayev də çıxış edib.

Xarici siyasət
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:29
18 may 2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
20:24
18 may 2024
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024