Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavinini qəbul edib - FOTO
15 oktyabr 2012 09:55 (UTC +04:00)
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı salamlayan nazir Elmar Məmmədyarov Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında hərtərəfli əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirib. O, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasının vacibliyini qeyd edib və Ermənistan tərəfinin sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməsinin təəssüf doğurduğunu bildirib.
ABŞ dövlət katibinin müavini Erik Rubin ölkəmizə səfərindən məmnunluğunu bildirib və ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib. Erik Rubin Azərbaycanın Əfqanıstanda sülhyaratma missiyasında oynadığı rolun təqdirəlayiq olduğunu və bunun ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini ifadə edib.
Görüş zamanı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici siyasət
Rəsmi Bakı: Fransa üzr istəməsə, bu, münasibətlərdə daha mənfi təsirlərə gətirib çıxaracaq
12:30
17 may 2024
Deputat: Ermənistanın 4 mindən çox itkinimizi məcburi əməyə cəlb etməsinə dair çoxsaylı məlumatlar vardı
11:51
17 may 2024
Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşüb
11:44
17 may 2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb - YENİLƏNİB
11:11
17 may 2024