NATO-nun mənzil-qərargahında “Azərbaycanın Əfqanıstanda iştirakı” mövzusunda sərgi keçirilib - FOTO
19 oktyabr 2012 15:29 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibətilə NATO-nun mənzil-qərargahında “Azərbaycanın Əfqanıstanda iştirakı” mövzusunda sərgi keçirilib.
Azərbaycanın NATO yanında nümayəndəliyindən APA_ya verilən məlumata görə, sərgidə ölkəmizin Əfqanıstana mülki və hərbi dəstəyi, o cümlədən NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfələrinə dair şəkillər, eyni zamanda Azərbaycanın tarixini, mədəniyyətini və iqtisadi inkişafını əks etdirən çap materialları və video çarx nümayiş etdirilib.
Sərgidə Azərbaycanın NATO yanında nümayəndəliyinin müşaviri H.Hüseynov, hərbi nümayəndə general-mayor H.Mahmudov, İctimai Diplomatiya üzrə NATO baş katibinin köməkçisinin müavini T.Vaytsayd, Azərbaycan Diplomatik Akademiyasının dekanı T.Mustafayev çıxış edib. Çıxışlarda Azərbaycanın ISAF əməliyyatına hərbi qüvvə və tranzit dəstəyi, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Əfqanıstana ekspertiza və çap materialları vasitəsilə yardımı, Azərbaycan Diplomatik Akademiyasının (ADA) əfqan dövlət qulluqçuları üçün təşkil etdiyi təlimlər qeyd olunmuş və bu töhfələrin əhəmiyyəti vurğulanıb.
NATO-nin İctimai Diplomatiya Bölməsinin texniki dəstəyi ilə baş tutan sərgidə NATO baş katibinin Müdafiə Siyasəti və Planlama üzrə köməkçisi H.Diriöz, NATO Beynəlxalq Katibliyinin və Beynəlxalq Hərbi Heyətinin rəsmiləri, üzv və tərəfdaş dövlətlərin nümayəndələri və həmin tarixdə NATO mənzil-qərargahında səfərdə olan ADA tələbələri də iştirak edib.

Xarici siyasət
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024
Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib
16:26
21 may 2024
Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri ilə telefon danışığı aparıb - YENİLƏNİB
16:22
21 may 2024