ABŞ-ın Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olub
31 oktyabr 2012 18:53 (UTC +04:00)
Bakı-APA. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
APA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, səfir universitetdə 2003-cü ildən fəaliyyət göstərən Ernest Heminquey Elmi-Tədqiqat Mərkəzi ilə tanış olub, qonağa Amerika və dünya ədəbiyyatının, ədəbi əlaqələrin öyrənilməsi ilə bağlı məlumat verilib.
Səfir Riçard Morninqstar universitetin kampusunu gəzmiş, tədris korpusları ilə tanış olub.
Amerikalı diplomatla keçirilən görüşdə universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycanda elmin, təhsilin inkişafına göstərilən qayğıdan, dünya elm, təhsil sisteminə inteqrasiya baxımından beynəlxalq tərəfdaşlığın əhəmiyyətindən bəhs edib.
Rektor Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, strukturu, maddi-texniki bazası, beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd olunub ki, Avropa Rektorlar Klubunun, Asiya Universitetləri Assosiasiyasının üzvü olan, dünyanın 76 tanınmış universiteti ilə tərəfdaşlıq edən, 10 ölkədən 300-ə yaxın xarici vətəndaşın təhsil aldığı bu ali məktəb ABŞ-ın Perdu Kalument, Çikaqo universitetləri ilə əməkdaşlığa malikdir. Ali təhsil ocağı NATO, BMT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların layihələrində uğurla iştirak edir.
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri muxtar respublika və Naxçıvan Dövlət Universiteti haqqında təəssüratlarını bölüşüb.
Tədbirdə universitetlərarası əməkdaşlıq məsələləri müzakirə olunub, virtual əlaqələrin inkişafı məqsədi ilə birgə videokonfransların keçirilməsi, tələbələrin Amerika universitetlərində təhsilə cəlb olunması ilə bağlı ilkin razılaşmalar əldə edilib.
Amerikalı diplomat tələbələrlə görüş zamanı ölkələrarası diplomatik münasibətlərin əhəmiyyətindən danışıb.
Sonra diplomat tələbələrin suallarını cavablandırmış, gənclərin ölkənin hərtərəfli inkişafındakı rolundan, üzərlərinə düşən vəzifələrdən bəhs edib.

Xarici siyasət
Mirzoyan Borellə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
22:02
25 may 2024
Azərbaycan XİN İordaniyanın Milli Bayramı münasibətilə təbrik ünvanlayıb
20:14
25 may 2024
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024