Polşanın Azərbaycandakı səfirliyində çalışan Voyçex və Katajina Quretskilər Bakıdakı dostları ilə vidalaşıblar
30 avqust 2007 11:45 (UTC +04:00)
Polşanın Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışan Voyçex Quretski və onun xanımı, səfirin köməkçisi, səfirliyin mədəniyyət məsələləri üzrə əməkdaşı Katajina Quretski Bakıdakı dostları ilə vida mərasimi keçiriblər. APA-nın məlumatına görə, tədbirə diplomatların Bakıda işlədiyi 5 il ərzində qazandığı çoxsaylı dostları toplaşıb. Onların arasında diplomatlar, mədəniyyət və ictimai xadimlər, partiya liderləri, jurnalistlər olub. Voyçex Quretski Bakıda işlədikləri dövrdə Azərbaycanı çox sevdikləri, bu şəhərdən ayrılmağın onlar üçün çox çətin olduğunu, burada çoxsaylı dost və bir neçə dostun məzarını qoyduqlarını, Azərbaycanı həyatı boyu unutmayacaqlarını deyib. O, APA-ya açıqlamasında bildirib ki, bundan sonra Polşanın Şərq Təhqiqatlar Mərkəzində analitik vəzifəsində çalışacaq. İşlədiyi müddətdə Azərbaycan jurnalistləri ilə sıx təmasda olan V. Quretski özünün xələfi səfirliyə yeni təyin olunmuş 2-ci katib Yan Brodovski və səfirin köməkçisi, onun xanımı Malqojata Vinyarska-Brodovskini təqdim edib. /APA/
Xarici siyasət
Afrika Ümumdünya İrs Fondu Azərbaycana təşəkkür edib
15:42
2 may 2024
İsrail Knessetinin keçmiş deputatı: Azərbaycanla əlaqələr daha da inkişaf edəcək
14:56
2 may 2024
İtaliyalı parlamentari: Regional sülhün əldə edilməsi səylərində Azərbaycanın yanındayıq
14:05
2 may 2024
Aİ səfiri Macarıstanın Ermənistana 10 mln avroluq yardımı bloklamasına dair xəbərə münasibət bildirib
13:14
2 may 2024