Yunanıstanın Azərbaycandakı səfiri: “Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsini dəstəkləyirik”
- Azərbaycan prezidentinin Yunanıstana qarşıdakı səfərinin vaxtı haqda onu deyə bilərəm ki, yunan tərəfi səfəri bu il noyabrın ortalarında gerçəkləşdirməyi təklif edib. Yunanıstan parlamentinin sədrinin Azərbaycana səfərinə gəldikdə isə, mənə məlumdur ki, bizim spiker Azərbaycan tərəfinin dəvətini alıb və bu səfərə razılıq verib. Səfərlərin dəqiq tarixi qarşılıqlı razılaşdırmalardan sonra bəlli olacaq.
- İlham Əliyevin səfəri ikitərəfli münasibətlərin inkişafına hansı pozitiv təzirlər göstərə bilər?
- Rəsmi şəxslərin səfərləri ikitərəfli dövlətlərarası münasibətlərin inkişafı baxımından həmişə vacibdir. Səfərlərin yekununda imzalanan sənədlər də ikitərəfli əlaqələrin intensivləşməsi üçün əlavə stimul olur. Hesab edirəm ki, İ. Əliyevin qarşıdakı səfəri də istisna təşkil etməyəcək və Yunanıstanla Azərbaycan arasında həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.
- Bu gün Yunanıstan-Azərbaycan münasibətlərinin yüksək inkişaf dövründə olduğunu söyləmək olarmı?
- Yunanıstanla Azərbaycan arasında siyasi əlaqələrin səviyyəsi kifayət qədər yüksəkdir. Yunanıstan Azərbaycanın Avropa strukturlarına inteqrasiyasına böyük kömək göstərir. Biz Avropa Şurasında da Azərbaycana dəstək verməyə davam edirik. Hər iki ölkə regional qurumlar, məsələn, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir. İqtisadi əlaqələrə gəldikdə, təəssüf ki, bu sahədə münasibətlərin səviyyəsi mövcud potensiala uyğun deyil və bu istiqamətdə hələ işləməliyik. Bu ilin martında Yunanıstanın inkişaf naziri X. Foliasın səfəri bu yöndə ciddi addım oldu. Obrazlı desək, qarşılıqlı faydalı əməkdaşlığın qapıları açıqdır. Bizim əməkdaşlığımız yalnız enerji sektoru ilə məhdudlaşmamalıdır. Ticarət, bərpa olunan enerji sahələrində qarşılıqlı əlaqələrin inkişafı da bizim planlarımıza daxildir. Biznes Şurasının yaradılması da ölkələrimizin iqtisadi cəhətdən yaxınlaşmasına kömək edəcək.
- Şuranın yaradılması hansı mərhələdədir?
- Bu ideya Bakıda Yunanıstanın inkişaf naziri X. Folias tərəfindən səsləndirilib və hələlik müzakirə səviyyəsindədir. Bu məsələ ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi məşğul olur. Müzakirələr davam edir və hazırkı mərhələdə mənim detallar haqda məlumatım yoxdur. Onu bilirəm ki, yunan tərəfi başqa ölkələrlə imzalanan analoji layihələri Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinə təqdim edib. Azərbaycan tərəfi bu sənədləri öyrənir və ümid edirəm ki, yaxın vaxtlarda müvafiq cavab verəcək.
- Azərbaycanda fəaliyyət göstərən yunan şirkətlərinin sayı çox deyil. Bunu necə izah edərdiniz?
- İqtisadi münasibətlərin səviyyəsinin mövcud potensiala uyğun olmadığını dedikdə mən bu məqamı da nəzərdə tuturdum. Bu cür vəziyyətin səbəblərindən biri məncə odur ki, Yunanıstanda Azərbaycanı yaxşı tanımırlar. Bunun da səbəbləri var. Məsələn, Azərbaycanın Yunanıstandakı səfirliyi 2004-cü ildə fəaliyyətə başlayıb. Razılaşın ki, bu, yunanları Azərbaycan haqqında məlumatlandırmaq üçün o qədər də böyük müddət deyil. Məsələnin coğrafi aspektləri də var. Yunan biznesmenləri yaxşı tanıdıqları regionların ölkələrinə kapital qoymağa üstünlük verirlər. Məsələn, Yaxın və Orta Şərq, eləcə də Balkan ölkələrinə. Ancaq düşünürəm ki, yunan biznes dairələri Azərbaycan iqtisadiyyatı barədə kifayət qədər məlumatlandırılsalar, Azərbaycanda biznes qurmaq istəyəcəklər.
- Yunanıstan Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Afinanın münaqişə ilə bağlı bugünkü mövqeyi nədən ibarətdir?
- Bizim bu məsələdə mövqeyimiz kifayət qədər aydındır və dəfələrlə dilə gətirilib. Biz Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsini dəstəkləyirik. Biz münaqişə tərəfləri arasında prezidentlər səviyyəsində danışıqları da dəstəkləyirik. Ümumən Yunanıstan problemin siyasi dialoq, sülh danışıqları yolu ilə həllinin tərəfdarıdır.
- Azərbaycan tərəfinin bu məsələni digər beynəlxalq təşkilatlar, xüsusən BMT müstəvisinə çıxarmasını necə qiymətləndirirsiniz?
- Azərbaycan müstəqil dövlətdir və öz problemini BMT-nin müzakirəsinə çıxara bilər. Amma mən Azərbaycanın xarici siyasəti haqqında fikir söyləmək hüququna malik deyiləm. Mənim fikrim belədir ki, Azərbaycan suveren dövlət kimi müstəqil xarici siyasət kursu yeritmək hüququna malikdir.
- Necə düşünürsünüz, ATƏT-lə müqayisədə münaqişənin BMT, Avropa Birliyi kimi beynəlxalq təşkilatlar çərçivəsində həlli nə dərəcədə effektli olardı?
- Mən yalnız onu təkrarlaya bilərəm ki, bu məsələnin həlli Azərbaycan hökumətinin səlahiyyəti daxilindədir. Azərbaycan tərəfinin bu məsələyə dair öz mövqeyi var və problem bu mövqeyə uyğun həll olunacaq. Mən problemin həlli yolları barədə Azərbaycanın əvəzindən danışa bilmərəm.
- BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” haqqında qətnaməyə Yunanıstanın münasibəti necə olub?
- Yunanıstan Minsk Qrupunun həmsədri Fransa istisna olmaqla, Avropa Birliyinin digər 26 üzvü kimi, bu məsələdə neytral mövqe tutdu. Bu məsələdən danışarkən bəzi texniki məqamlara aydınlıq gətirmək istərdim. Adətən beynəlxalq təşkilatlar çərçivəsində bu tipli məsələyə baxılarkən Avropa Birliyi ölkələri müzakirədən əvvəl vahid mövqe formalaşdırır və bu mövqedən çıxış edirlər. Yunanıstan AB ölkələrinin vahid mövqeyinə uyğun olaraq neytrallıq göstərib.
Xarici siyasət
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar - FOTO
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Xəbər Lenti
Cəbrayıl rayonunda mina partlayıb, 1 nəfər xəsarət alıb
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
İranın Qəşm adası raket hücumuna məruz qalıb
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
Əraqçi Qırğızıstana yollanıb
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
Dünya Bankı Venesuelada zəlzələlərin vurduğu ziyanın həcmini açıqlayıb
Tehran Britaniyanı hədələyib: İrana hücumlarda istifadə olunan istənilən baza legitim hədəf sayılacaq
Bakıda 23 istiqamətdə sıxlıq var - FOTO
İran XİN: ABŞ-yə dəstək verən ölkələr İrana qarşı təcavüzün iştirakçısı sayılır
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər
“AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirib
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
KİV: Britaniya Tehrandakı səfirliyini bağlayıb, Fransa İrandakı diplomatlarını geri çağırıb
Kaya Kallas: Aİ-Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığını daha da gücləndirəcək
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar - FOTO
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
Saatlıda 9 kq narkotik aşkarlanıb
Aİ "Google"u 890 milyon avro cərimələyib
Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma olub, 2 nəfər ölüb
İraqın Baş naziri Tehrana səfər edib
Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub
İmişlidə qəsdən yanğın törədən şəxs barəsində tədbir görülüb
Lənkəran penitensiar müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
ARDNF-in investisiya portfeli 9% artıb
NK azad edilmiş ərazilərdəki yaşayış sahələrinin ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə verilməsi qaydasını dörd aya təsdiqləyəcək
Azad edilmiş ərazilərdəki yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək