Bank Of Baku

Qazaxıstan səfiri Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb

Qazaxıstan səfiri Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb
# 15 aprel 2008 14:51 (UTC +04:00)
Bakı-APA. Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov və Qazaxıstan Müdafiə Nazirliyinin Azərbaycandakı hərbi attaşesi Rımbek Tursaqatov müdafiə sənayesi naziri Yavər Camalovla görüşüblər. APA-nın “Kazinform”a istinadən yaydığı məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Səfir Qazaxıstanın yeni hərbi doktrinaya uyğun olaraq öz hərbi qüvvələrini modernizə etdiyini və döyüş hazırlığı səviyyəsini yüksəltdiyini bildirib. Görüşdə çıxış edən nazir Yavər Camalov Azərbaycanda müdafiə sənayesi sahəsində xüsusi dövlət qurumunun yaradılmasını günün tələbi kimi dəyərləndirib və müdafiə sənayesi sahəsində Qazaxıstanın “Kazinjinirink” Milli Şirkəti ilə əməkdaşlığa hazır olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR