Bank Of Baku

Yaponiyanın Azərbaycandakı səfiri Şəkiyə səfər edib

Yaponiyanın Azərbaycandakı səfiri Şəkiyə səfər edib
# 16 aprel 2008 08:52 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masa Mitsu Oki Şəki rayonuna səfər edib. Şəki rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, səfir Yaponiya hökumətinin vəsaiti hesabına şəhərdə inşa olunmuş 180 yerlik yeni məktəb korpusunun açılışına qatılıb. Açılış mərasimində çıxış edən səfir Yaponiya hökumətinin vəsaiti hesabına Şəkidə 7 layihənin həyata keçirildiyini bildirib. Bu layihələrin 4-ü səhiyyə və su təchizatı sektorunda, 3-ü isə təhsil sahəsindədir. O, gələcəkdə də Şəkidə yeni layihələrin həyata keçiriləcəyini bəyan edib. Şəkidə səfərdə olan Yaponiya səfiri daha sonra rayonun tarixi abidələri ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR