Bank Of Baku

Azərbaycanın xarici işlər naziri ABŞ Müdafiə Departamentinin müavininin Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib

Azərbaycanın xarici işlər naziri ABŞ Müdafiə Departamentinin müavininin Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib
# 16 aprel 2008 15:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Müdafiə Departamentinin müavininin Avrasiya məsələləri üzrə köməkçisi Daniel Feytanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, D. Feyta bildirib ki, səfərin məqsədi ABŞ-Azərbaycan strateji tərəfdaşlığının mövcud durumunu, Azərbaycanın gələcək strateji məramlarını, ölkədə müdafiə sahəsində islahatların vəziyyətini öyrənməkdir. Qonaq Azərbaycanın regionda enerji təchizatçısı kimi rolunu qiymətləndirib və Dağlıq Qarabağ məsələsinin regional təhlükəsizliyə təhdid olduğunu bildirib. E. Məmmədyarov Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığı davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb. Görüşdə, həmçinin, Azərbaycan-NATO əməkdaşlığı, Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının artırılması, enerji təhlükəsizliyində rolu və digər məsələlərə toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR