Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfirinin Naxçıvana səfəri başa çatıb

Rusiyanın Azərbaycandakı səfirinin Naxçıvana səfəri başa çatıb
# 17 aprel 2008 14:38 (UTC +04:00)
Naxçıvan. Samir Cabbarov - APA. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasili İstratovun Naxçıvan Muxtar Respublikasına (MR) səfəri başa çatıb. APA-nın Naxçıvan bürosunun məlumatına görə, diplomat bu gün Naxçıvan Dövlət Universitetində (NDU) universitet rəhbərliyi və tələbələrlə görüş keçirib. Orada jurnalistlərin suallarını cavablandıran V. İstratov səfərinin tanışlıq xarakteri daşıdığını bildirib. O, Rusiyanın MR ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Səfir Naxçıvan şəhər 3 saylı orta məktəbdə müəllim və tələbə heyəti ilə görüşüb, məktəbin kitabxanasına 100-ə qədər rus dillində ədəbiyyat hədiyyə edib. Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyi, Açıq səma altında Muzeyə və Kəngərli rayonu ərazisində yerləşən muzeylərə baş çəkən səfir “Duzdağ” Sanatoriyasında fizioterapiya xəstəxanasına da gedib.
Qeyd edək ki, V. İstratovu dünən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR