Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Bolqarıstan prezidenti və baş naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Bolqarıstan prezidenti və baş naziri ilə görüşüb
# 18 aprel 2008 08:12 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, görüşdə Bolqarıstan prezidenti Azərbaycana səfərini xatırladıb, iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayan Georgi Pırvanovun sözlərinə görə, bu ilin sentyabrında Plovdivdə keçiriləcək Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın növbəti iclası iqtisadi münasibətlərin inkişafı üçün imkanlar yaradacaq. O, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İki dövlət arasında olan yüksək səviyyəli siyasi və strateji tərəfdaşlıq münasibətlərin olduğunu vurğulayan xarici işlər naziri Elmar Məmmədyarov bunun iqtisadi əməkdaşlığın gücləndirilməsinə müsbət təsiri olduğunu söyləyib. Nazir qeyri-neft sahəsində əməkdaşlığın inkişafına ehtiyac olduğunu bildirib, kənd təsərrüfatı, nəqliyyat və turizmi perspektiv sahələr kimi qeyd edib. Nazir həmçinin Avropa və Avroatlantik qurumlarla əməkdaşlıqda Bolqarıstanın rolunun vacibliyini qeyd edib.
Elmar Məmmədyarov həmçinin Bolqarıstanın baş naziri Serqey Stanişevlə görüşüb. Tərəflər sentyabrda keçiriləcək hökumətlərarası komissiyanın iclasının və keçiriləcək biznes-forumun iki ölkə arasında iqtisadi və biznes əlaqələrin inkişafına yardım edə biləcəyini qeyd ediblər. Tərəflər qurumlararası əlaqələrin genişləndirilməsinin vacibliyini də vurğulanmışdır. Sergey Stanişev ölkə iqtisadiyyatına qarşılıqlı investisiyaların yatırılmasının vacibliyini söyləyib. Görüşdə həmçinin enerji və ticarət sahəsində əlavə əməkdaşlıq imkanları araşdırılıb, münasibətlərin humanitar və mədəni aspektinin əhəmiyyəti vurğulanıb. Elmar Məmmədyarov bu gün Bolqarıstan parlamentinin sədri və xarici işlər naziri ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR