ABŞ-ın Azərbaycandakı səfiri ölkənin şimal-qərb bölgəsinə səfər edib
03 may 2008 15:32 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Enn Dersi ölkənin şimal-qərb bölgəsinə səfər edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, E. Dersi bölgəyə səfəri çərçivəsində bu gün Şəkidə olub. O, bölgə jurnalistlərinin iştirakı ilə Ümumdünya Mətbuat Günü münasibəti ilə rayonda təşkil olunmuş tədbirə qatılıb. Tədbirdə xanım E. Dersi Azərbaycanda mətbuatın durumu mövzusunda məruzə ilə çıxış edib. Səfir çıxışında bildirib ki, azad mətbuat olmadığı halda vətəndaşların öz hökumətlərinin yürütdüyü siyasət haqda müstəqil məlumat əldə edə bilmək hüquqları məhdudlaşır. “Azad mətbuat olmadan həqiqi azadlıq yoxdur” deyən E. Dersi “hökuməti və hökumət rəhbərlərini tənqid etmək xəyanət demək deyil, bu həqiqi demokratiyanın əlamətidir” söyləyib.
Xarici siyasət
ABŞ səfiri Şuşaya gedib
12:54
6 may 2024
Simonyan: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə imzalanmalıdır
12:46
6 may 2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilib
12:42
6 may 2024
Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb
11:02
6 may 2024