Azərbaycanın Moldovadakı səfirliyində Heydər Əliyevin 85 illiyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək
07 may 2008 09:56 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Bu gün Azərbaycanın Moldovadakı səfirliyində Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib. Moldovanın keçmiş prezidenti Petro Luçinski və Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadənin açılış nitqi söyləyəcəkləri mərasimdə Moldovanın dövlət və hökumət nümayəndələri, parlament üzvləri, ictimai qurumların və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər. Tədbir zamanı səfirlik daxilində Heydər Əliyevin büstünün açılışı keçiriləcək, stendlərdə onun aldığı diplomların, fəxri fərmanların surəti nümayiş olunacaq.
Xarici siyasət
Aİ səfiri Macarıstanın Ermənistana 10 mln avroluq yardımı bloklamasına dair xəbərə münasibət bildirib
13:14
2 may 2024
Aİ səfiri: Şadıq ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir
12:59
2 may 2024
Aİ Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüslə çıxış edəcək
12:39
2 may 2024
Sadır Japarov: TDT-nin Şuşa sammitində Türk inteqrasiyasının gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürüləcək
10:47
2 may 2024