Bank Of Baku

Los Ancelesdə Heydər Əliyevin 85 illik yubileyi münasibətilə mərasim keçirilib

Los Ancelesdə Heydər Əliyevin 85 illik yubileyi münasibətilə mərasim keçirilib
# 13 may 2008 10:02 (UTC +04:00)
Los Anceles. Hüsniyyə Həsənova APA. Los Anceles şəhərində 40-cı prezident Ronald Reyqanın adını daşıyan ictimai kitabxanada Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı mərasim keçirilib. APA-nın ABŞ bürosunun məlumatına görə, Los Anceles şəhərinin 100-dək sakini, Azərbaycan, türk, yəhudi, gürcü icmasının nümayəndələri və diplomatik korpus təmsilçilərinin qatıldığı tədbirdə öncə Azərbaycana həsr olunmuş video-klip nümayiş olunub. Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Elin Süleymanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ilə bağlı tədbirin ABŞ-ın ən məşhur prezidentlərindən olan Ronald Reyqanın adını daşıyan kitabxanada keçirilməsinin təsadüfü olmadığını deyib. E. Süleymanov R. Reyqanın apardığı siyasət sayəsində Sovet İttifaqının süquta uğradığını və dünyanın siyasi xəritəsində Azərbaycan adlı ölkənin yenidən öz yerini tutduğunu bildirib. Baş konsul R. Reyqanın keçid dövründə olan dünyanı düzgün istiqamətdə inkişaf etməsində də əvəzsiz rol oynadığını xatırladıb: “Ümummilli lider Heydər Əliyev də məhz keçid dövründə, Azərbaycan üçün həlledici məqamda ölkəni idarə edib”.
E. Süleymanov H. Əliyevin rəhbərliyi zamanı Azərbaycanın gələcəyi üçün ölkədə yaşayan bütün etnik qruplara azadlıqların verildiyini diqqətə çatdırıb: “Bu addım kiminsə xoşuna gəlmək üçün atılmayıb, bu, azərbaycanlıların milli xüsusiyyətindən irəli gəlir”.
Daha sonra çıxış edən Beverliy Hills şəhərinin meri Cimmy Dilşad Heydər Əliyevin qurduğu müasir Azərbaycanın regionun ən demokratik ölkələrindən biri olduğunu deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan İsrail və Türkiyə ilə bərabər, Yaxın Şərqin azsaylı demokratik dövlətləri sırasına daxildir. C. Dilşad həm Heydər Əliyevin 85 illik yubileyi, həm də Azərbaycan Demokratik Respublikasının 90 illiyi ilə bağlı rəhbərlik etdiyi şəhərin qəbul etdiyi bəyannaməni oxuyub.
Tədbirin sonunda Azərbaycandan gəlmiş sənətçilərinin iştirakı ilə konsert təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR