Bank Of Baku

Azərbaycanın Belarusdakı səfirliyi Belarusun “Velcom” GSM operatoruna rəsmi etiraz məktubu göndərəcək

Azərbaycanın Belarusdakı səfirliyi Belarusun “Velcom” GSM operatoruna rəsmi etiraz məktubu göndərəcək
# 15 may 2008 12:07 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycanın Belarusdakı səfirliyi ölkənin ən böyük GSM operatorlarından olan “Velcom”un Dağlıq Qarabağ üçün xüsusi rouminq tariflər paketi təyin etməsilə bağlı bu şirkətə rəsmi etiraz məktubu göndərəcək. Səfirlikdən APA-ya verilən məlumata görə, məktubun mətni təsdiqlənmək üçün artıq Azərbaycanın Xarici İşlər Nazirliyinə göndərilib. XİN mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, hazırda Azərbaycanın Belarusdakı səfirliyi hadisə ilə bağlı araşdırma aparır. XİN sözçüsü həmçinin qeyd edib ki, məsələ barədə ətraflı məlumatı olmasa da, Azərbaycan tərəfi istənilən belə faktla bağlı araşdırma apararaq alternativ cavab verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR