Bank Of Baku

Kuba diplomatı: “İstəyirik ki, Kuba insanların xəyalında kofe içən və səhərdən axşama qədər çimərliklərdə istirahət edən xalqın yaşadığı ölkə kimi qalmasın”

Kuba diplomatı: “İstəyirik ki, Kuba insanların xəyalında kofe içən və səhərdən axşama qədər çimərliklərdə istirahət edən xalqın yaşadığı ölkə kimi qalmasın”
# 15 may 2008 14:48 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Azərbaycan-Kuba əlaqələrinin böyük perspektivləri var”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kubanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marçelo Kabalyero Torres deyib. O, turizm, ticarət və neft sahəsində əməkdaşlıqla bağlı nəzərəçarpan irəliləyişlər müşahidə olunduğunu bildirib: “Kubada Azərbaycanı kifayət qədər tanımırlar. Biz münasibətlərin intensivləşdirilməsi yolu ilə Kubada Azərbaycanı tanıtmaq istəyirik. Arzu edirik ki, Kuba da buradakı insanların xəyalında təkcə kofe içən və səhərdən axşama qədər çimərliklərdə istirahət edən xalqın yaşadığı ölkə kimi qalmasın”. Diplomat tezliklə Kubanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasiminin keçiriləcəyini və səfir vəzifəsinə təyinat gözlədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR