Bank Of Baku

Qırğızıstan parlamentinin spikeri gələn ay Azərbaycana səfər edəcək

Qırğızıstan parlamentinin spikeri gələn ay Azərbaycana səfər edəcək
# 15 may 2008 15:12 (UTC +04:00)
Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Ağayev APA-ya bildirib ki, səfər çərçivəsində A. Madumarov Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək. Qırğızıstan parlamentinin sədri səfər zamanı Milli Məclisin 90 illiyi münasibətilə keçiriləcək tədbirlərdə də iştirak edəcək. A. Ağayev həmçinin deyib ki, bu il Azərbaycana səfəri nəzərdə tutulan Qırğızıstanın baş naziri İqor Çudinovun səfərinin vaxtı hələ müəyyənləşməyib: “Biz istəyirik ki, səfər zamanı birgə biznes-forum və hökumətlərarası komissiyanın toplantısı keçirilsin, həmçinin əməkdaşlığın sahələr müəyyənləşdirilsin”. Səfirin sözlərinə görə, bu ilin ikinci yarısında reallaşacaq səfər zamanı ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlər də imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR