Bank Of Baku

Səfir: “Bütün dünya Dağlıq Qarabağı erməni torpağı kimi tanısa belə, İran bu ərazini Azərbaycan torpağı kimi tanıyacaq”

Səfir: “Bütün dünya Dağlıq Qarabağı erməni torpağı kimi tanısa belə, İran bu ərazini Azərbaycan torpağı kimi tanıyacaq”
# 16 may 2008 14:08 (UTC +04:00)
APA-nın məlumatına görə, səfir 60 il əvvəl Fələstin torpaqları işğal olunaraq, burada qeyri-qanuni İsrail dövlətinin elan edildiyini söyləyib. H. Zarenin bu günün bir sıra dövlətdə bayram kimi qeyd olunmasından təəssüfünü dilə gətirib: “Düşünürəm ki, Azərbaycan xalqı İran və Fələstin xalqı ilə eyni dərdi paylaşır və hər üç ölkənin xalqı keçmişdə böyük dövlətlərdən gələn bu ədalətsizliyi qəbul etmir. Təbii ki, bu ədalətsizlik dünyadakı bir sıra dövlətin ikili standartlarından yaranıb. Kim öz torpağını işğaldan azad etməyə çalışır, ona terrorçu damğası vurulur. Bu gün Azərbaycan xalqı da işğal olunmuş torpaqlarını azad etməyə cəhd göstərsə, terrorçu adlandırılacaq”. Səfir İran, Azərbaycan və Fələstin xalqlarının işğalçılara müqavimət göstərdiyini qeyd edib. H. Zare İran xalqının 8 illik mübarizədən sonra torpaqlarını azad etdiyini xatırladıb: “İnşallah Azərbaycan xalqı da öz torpaqlarını işğaldan azad edəcək”. Diplomat Dağlıq Qarabağ probleminin həllində İranın Azərbaycanın mövqeyini dəstəklədiyini və ərazi bütövlüyünü tanıdığını bildirib: “Bütün dünya Dağlıq Qarabağı erməni torpağı kimi tanısa belə, İran bu ərazini Azərbaycan torpağı kimi tanıyacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR