Bank Of Baku

İran səfiri: “Rusiyadan “Buşəhr” Atom Elektrik Stansiyası üçün göndərilən yüklərin daşınmasının qeyri-qanunu olmadığı üzə çıxdı”

İran səfiri: “Rusiyadan “Buşəhr” Atom Elektrik Stansiyası üçün göndərilən yüklərin daşınmasının qeyri-qanunu olmadığı üzə çıxdı”
# 16 may 2008 14:17 (UTC +04:00)
â…¦Bakı. Elnur Məmmədli APA. “Rusiyadan İranın “Buşəhr” Atom Elektrik Stansiyası üçün göndərilən yüklərin “Astara” sərhəd-keçid məntəqəsində saxlanılması sırf texniki məsələ idi. Ola bilsin, kimlərsə bu hadisəyə siyasi don geyindirib faydalanmaq istəyirdi, amma göründüyü kimi, bu, siyasi məsələ deyildi”. APA-nın məlumatına görə, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Nasir Həmidi Zare bu gün keçirdiyi mətbuat konfransında deyib. Səfirin sözlərinə görə, Azərbaycan tərəfi yükün buraxılması üçün bəzi sənədlər tələb edib, Rusiya həmin sənədləri təqdim etdikdən sonra problem həllini tapıb: “Göründüyü kimi, bu yüklərin daşınması qeyri-qanuni deyil. Qanuni şəkildə yük daşınması bundan sonra da davam etdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR