Bank Of Baku

Bakıda Norveçin Konstitusiya Günü qeyd olunub

Bakıda Norveçin Konstitusiya Günü qeyd olunub
# 18 may 2008 09:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Norveç Krallığının Azərbaycandakı səfirliyi ölkəsinin Konstitusiya Günü münasibətilə Bakıda təntənəli mərasim keçirib. APA-nın məlumatına görə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bununla bağlı konsert və ziyafət verilib. Konsertdən öncə Norveçin Azərbaycandakı səfiri Yon Ramberq ölkəsinin Konstitusiyasının 1814-cü ildə qəbul olunduğunu və bu günə kimi modifikasiya edildiyini bildirib. Norveçin Azərbaycanın dostu olduğunu söyləyən Ramberq “biz bir dost kimi bu ölkə ilə əməkdaşlığı gücləndirməyi arzulayırıq” deyib.
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov Azərbaycanla Norveç arasında əlaqələrin 1992-ci ildən inkişaf etdiyini, bu əlaqələrin xüsusən neft-qaz sahəsində olduğunu və hazırda əhatə dairəsinin genişləndiyini, mədəniyyət sahəsində əməkdaşlığın yeni imkanlar açdığını söyləyib.
Tədbir konsert proqramı ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR