Fransa Respublikası Milli Assambleyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin üzvləri fevralın 22-də Fəxri Xiyabanda olublar.
Fransalı qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.
Nümayəndə heyətinin üzvləri Şəhidlər Xiyabanını da ziyarət edib.