Fransa səfiri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Fransa səfiri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
# 20 yanvar 2020 16:07 (UTC +04:00)

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycan xalqına başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində bildirilib.

"1990-cı il yanvar faciəvi hadisələrinin 30-cu ildönümü anım günündə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir", - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR