Koronavirus pandemiyası ilə əlaqədar ATƏT Parlament Assambleyasının (PA) illik sessiyası təxirə salınıb.
APA-nın təşkilata istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT PA-nın Prezidenti Georgi Tsereteli və Kanada nümayəndə heyətinin rəhbəri Hedi Fray bildirib.
“Bu ortaq qərar COVID-19-un səbəb olduğu indiki pandemiya ilə əlaqədar bütün iştirakçıların sağlamlığı və təhlükəsizliyi, o cümlədən səyahətlərə tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq, diqqətlə düşünüldükdən sonra qəbul edilib”, - deyə qeyd olunub.
Xatırladaq ki, “Vankuverdən Vladivostoka qədər fikir ayrılıqlarının aradan qaldırılması və insan təhlükəsizliyinin təmin olunması” mövzusunda olacaq illik sessiyanın iyulun 3-7-də Vankuverdə keçirilməsi planlaşdırılırdı.