Niderland Krallığının yeni səfiri Pauline Eizema Azərbaycana gəlib.
Bu barədə APA-ya Niderlandın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Niderland səfiri Pauline Eizema etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra rəsmi olaraq işə başlayacaq.