Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus Qoşulmama Hərəkatına dəstək üçün təşəkkür edib.
APA-nın xəbərinə görə, ÜST-ün baş direktoru bu barədə "Twitter"də bildirib.
“ÜST Qoşulmama Hərəkatının dəstək bəyanatını alqışlayır. Biz COVİD-19 pandemiyasına qarşı elmə, həll yollarına və həmrəyliyə əsaslanan qlobal cavabın əlaqələndirilməsinə diqqətimizi davam etdirəcəyik. Ortaq düşməni məğlub etmək üçün indi həmişəkindən daha çox birləşməyin və planetin təhlükəsizliyini qorumağın vaxtıdır”, - deyə baş direktor qeyd edib.