Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar Azərbaycanda səfərdədir.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna səfiri Vladislav Kanevski "Twitter"də bildirib.
V. Bodnar Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşüb.
Ukrayna XİN başçısının müavini M. Məmməd-Quliyevlə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyətinin perspektivli sahələrini müzakirə edib.
Qeyd edək ki, V. Bodnar QDİƏT-in Baş katibi vəzifəsinə namizəddir.