Bank Of Baku

Abbas Abbasov: BTQ-nin fəaliyyətinin Fransa-Azərbaycan münasibətləri ilə eyniləşdirilməsinin tərəfdarı deyilik

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov

© APA | Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov

# 08 yanvar 2025 15:23 (UTC +04:00)

"Prezident İlham Əliyevin kolonializmlə mübarizə məsələsini müxtəlif beynəlxalq platformalarda qaldırması nəticəsində dünya ictimaiyyətinin diqqəti məhz bu qlobal problemə yönəlib".

APA xəbər verir ki, sözügedən fikirləri mətbuat konfransında Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov söyləyib.

O vurğulayıb ki, rəsmi Parisin Azərbaycana qarşı əsassız və qərəzli iddiaları Prezident İlham Əliyevin və Bakı Təşəbbüs Qrupunun Fransanın neokolonializm siyasətini ifşa etməsi ilə bağlıdır:

"Biz bu əsassız iddiaları qətiyyətlə pisləyirik. Bəyan edirik ki, Fransa tərəfindən Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin Fransa-Azərbaycan ikitərəfli münasibətləri ilə eyniləşdirilməsinin tərəfdarı deyilik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR