Bank Of Baku

ABŞ səfiri: Azərbaycanlı ekipaj tərəfindən göstərilən şücaət həqiqətən ruhlandırıcıdır

Mark Libby, ABŞ-ın Azərbaycandakı səfiri

© APA | Mark Libby, ABŞ-ın Azərbaycandakı səfiri

# 31 dekabr 2024 13:26 (UTC +04:00)

Ötən həftə baş verən ürəkdağlayıcı təyyarə qəzasında həyatını itirənlərin dərin hüznünü sizinlə paylaşırıq.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrikində deyib.

“Düşüncələrim həlak olanların ailələrinin və yaralıların yanındadır. Nizami Gəncəvi deyib ki, ən çətin anlarda belə ümidi itirmə, çünki ən qara buludlardan belə yağış yağar. Azərbaycanlı ekipaj tərəfindən göstərilən şücaət həqiqətən ruhlandırıcıdır və bu, mənə ümid verir. Bu, həmin faciənin qara buludlarındakı böyük yağışdır”, - deyə səfir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR