ABŞ səfiri Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

ABŞ səfiri Xocalı soyqırımı ilə bağlı başsağlığı verib
# 26 fevral 2024 10:58 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Facebook" hesabında paylaşım edilib.

"Bu gün biz Azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur", - amerikalı diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR