Bank Of Baku

ABŞ səfirliyində matəm günü ilə əlaqədar bayraqlar yarıya endirilib

ABŞ səfirliyində matəm günü ilə əlaqədar bayraqlar yarıya endirilib
# 26 dekabr 2024 16:33 (UTC +04:00)

ABŞ səfirliyində Azərbaycanda matəm günü ilə əlaqədar bayraqlar yarıya endirilib.

APA xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Birləşmiş Ştatlar dünənki faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmağını arzulayır. ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduğunu bildirir”, - Səfir Libby qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR