Bank Of Baku

ADA-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüş keçirilib - FOTO

ADA-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüş keçirilib - FOTO
# 27 oktyabr 2022 12:41 (UTC +04:00)

ADA Universitetində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərinin iştirakı ilə görüş keçirilib.

APA xəbər verir ki, tədbir ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin bildirib ki, Nizami Gəncəvi irsi qlobal səviyyədə tanınıb və qəbul edilir.

O vurğulayıb ki, Nizami Gəncəvi öz yaradıcılığında bəşəri dəyərlərə toxunub ki, bu gün bu dəyərlər həmişəkindən daha vacibdir.

BMT Baş Assambleyasının keçmiş prezidenti, səfir Volkan Bozkır deyib ki, bu gün dünya müxtəlif təhlükələr və çətinliklərlə üzləşməkdədir: “Biz COVID-lə üzləşdik, planetimiz buna hazır deyildi, onun nəticələri ağır oldu. Daha sonra Rusiya-Ukrayna müharibəsi başladı ki, bu müharibənin nəticələri ilə təkcə iki ölkə deyil, planet üzləşməkdədir. Bu gün planetimiz üçün ərzaq təhlükəsizliyi ciddi problemə çevrilib. Planetin müxtəlif ölkələri ərzaq çatışmazlığı ilə üzləşib. Yüz illər öncə Nizami Gəncəvi öz yaradıcılığında bu problemlərin bəzilərinə toxunmuşdu. Nizami yaradıcılığının fəlsəfəsi həm də ondan ibarət idi ki, bəşəriyyət həmrəylik sayəsində böhranların öhdəsindən gələ bilər”.

ISESCO-nun keçmiş prezidenti Əbdüləziz bin Osman əl-Tuveycri qeyd edib ki, bu gün münaqişələrin çoxu insan ləyaqətinə və müxtəlifliyə hörmətsizlikdən qaynaqlanır.

Tədbirdə Gürcüstanın sabiq prezidenti Georgi Marqelaşvili də çıxış edib. O, Nizami Gəncəvinin əsərlərində bərabərlik prinsipinə toxunub.

“Bu gün biz Ukraynada müharibənin şahidi oluruq. Bu müharibə yalnız Şərqi Avropaya zərər vermir, bu müharibə insanlığı hədələyir. Ukrayna Budapeşt sənədi ilə nüvə imkanlarından tamamilə imtina etdi. Nüvə potensialından imtina edən ölkə özü 20 il sonra nüvə ilə hədələnir”, - Marqelaşvili əlavə edib.

O deyib ki, 2008-ci ildə Gürcüstan müharibə ilə üzləşəndə Aİ Rusiyanın Gürcüstana, yoxsa Gürcüstanın Rusiyaya hücum etdiyini müzakirə edirdi: “Həmin vaxt beynəlxalq hüququn prinsipləri bərabər qaydada tətbiq olunmadı”.

Keçmiş prezident onu da deyib ki, daha əvvəl beynəlxalq hüququn prinsipləri bərabər qaydada tətbiq olunmadığı üçün bu gün dünya son baş verənlərlə - Rusiyanın Ukraynaya hücumu ilə üzləşdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR