Bank Of Baku

ADA Universitetində stajçı attaşelər üçün təlimin açılışı olub - FOTO

ADA Universitetində stajçı attaşelər üçün təlimin açılışı olub - FOTO
# 10 oktyabr 2022 10:24 (UTC +04:00)

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahandan keçmiş stajçı attaşelər üçün ADA Universitetində keçirilən Xarici Siyasət Proqramı (AFSP – Advanced Foreign Service Program) təliminin açılışı olub.

APA xəbər verir ki, ADA-nın prorektoru deyib ki, bu təlimlər 6 ay davam edəcək.

Prorektor bildirib ki, bu təlimlər gənc diplomatların daha da inkişafı üçün töhfə verəcək.

Açılışda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov da çıxış edib. O, diplomatların üzərinə düşən rolun vacibliyini vurğulayıb.

Nazir müavini 44 günlük müharibədən sonra regionda yaranmış yeni dinamika və eyni zamanda, hazırkı vəziyyətə də toxunub.

O deyib ki, Azərbaycan 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyə davam edir:

“Azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya işləri həyata keçirilir. Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan qalib ölkə olaraq qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib. Biz müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq”.

Nazir müavini vurğulayıb ki, Ermənistanın destruktiv mövqeyi, Azərbaycana qarşı qarayaxma kampaniyaları münasibətlərin normallaşmasına maneələr törədir.

Nazir müavini çıxışının yekununda bu təlimlərdə Azərbaycanın milli maraqlarını müdafiə edən, peşəkar gənc diplomatların formalaşacağına inandığını qeyd edib.

Daha sonra 6 aylıq təlim dövründə iştirakçılara keçiriləcək kurrikulum barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR