2020-ci il oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistan silahlı qüvvələrinin 5-ci raket hücumundan 2 il keçir. Məhz bu hücum nəticəsində 15 nəfər həlak olub, 79 nəfər yaralanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bu dəhşətli hadisənin ikinci ildönümündə Azərbaycanda fəaliyyət göstərən 50-yə yaxın səfirin, diplomatik korpus nümayəndələrinin, xarici və yerli media nümayəndələrinin Gəncəyə səfəri təşkil olunub.
Məlumata görə, səfər zamanı xarici nümayəndələr anım tədbirində iştirak edəcək, eləcə də şəhərin infrastrukturu, yaşayış binalarına yetirilmiş və mülki şəxslərə vurulmuş ziyanın nəticələri ilə yerində tanış olacaq.