Bank Of Baku

Afrikalı nümayəndə: Qlobal Cənub QHT Forumu əhəmiyyətlidir

Afrikalı nümayəndə: Qlobal Cənub QHT Forumu əhəmiyyətlidir
# 28 aprel 2025 12:11 (UTC +04:00)

Bu tədbir həm də Qlobal Cənub Platformasının təsis olunması ilə yadda qalacaq.

Bunu Mərkəzi Afrika Respublikasının Sosial İnkişaf üçün QHT Koalisiyasının nümayəndəsi Melvine Wajiri APA-ya açıqlamasında deyib.

“Azərbaycan Prezidentinin forum iştirakçılarına müraciətində qlobal cəhətdən əhəmiyyətli məsələlərə toxunuldu. Mən COP29-un əvvəlindən sonunacan Azərbaycanda idim və o ərəfədə ölkənizi daha yaxından tanıdım. 10 ildir COP tədbirlərində iştirak edirəm, amma ötənilki kimi Qlobal Cənub ölkələrinin birliyinə nail olan bir COP tədbiri görməmişəm. Bakıdakı COP29 spesifik xüsusiyyətləri ilə digərlərindən fərqlənirdi. Bugünkü tədbirə gəldikdə isə, bu, Qlobal Cənubu təmsil edən QHT-lər arasında daha sıx əməkdaşlığın formalaşması baxımından əhəmiyyətlidir. Sədri olduğum təşkilat QHT-ləri təmsil edən 10 000 nəfəri birləşdirir. Biz məqsədlərimizə nail olmaq üçün burda iştirak edən tərəflərlə birlikdə səylərimizi sıx birləşdirməliyik. Ona görə də, mən BMT-yə üzv olan ölkələrin hökumətlərini bu təşəbbüsümüzə dəstək verməyə çağırıram”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR