Bank Of Baku

Aİ Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayıb

Aİ Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayıb
# 09 sentyabr 2022 03:18 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Azərbaycan tərəfinin 5 erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır.

APA xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter”də bildirib.

“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq.

Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesinin vasitəçilər olmadan baş tutması diqqətəlayiqdir”, - Klaar vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR