Azərbaycan hərbçiləri tərəfindən Ermənistanla sərhəddə saxlanılan Çexiya vətəndaşı Aİ-nin Ermənistandakı missiyasının əməkdaşı deyil.
APA xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter “Armenia Today”in sualına cavabında deyib.
Xatırladaq ki, fevralın 5-də Ermənistandan Azərbaycan ərazisinə keçməyə çalışan Çexiya vətəndaşı hərbçilərimiz tərəfindən saxlanılıb.